AZ

Putinin mövqeyini nəzərə almadan bunu etmək olmaz!

Almaniyanın keçmiş kansleri Angela Merkel Ukrayna və Gürcüstanın NATO-ya sürətlə daxil olmasını dəstəkləməmək qərarını düzgün hesab edir.

 

"Bild" nəşri xəbər verir ki, bu barədə o, “Azadlıq. Xatirələr 1954 - 2021" adlı xatirələrində yazıb.

 

Keçmiş kanslerin fikrincə, Ukrayna və Gürcüstana NATO-ya Üzvlük üzrə Fəaliyyət Planının verilməsi ölkələrin bloka daxil olması ilə bağlı geridönməz öhdəlik demək olardı: "Yeni üzvün qəbulu təkcə onun deyil, həm də NATO-nun özünün təhlükəsizliyini yaxşılaşdırmalıdır. Putinin mövqeyini nəzərə almadan Ukrayna və Gürcüstan üçün bu statusu müzakirə etməyi kobud səhlənkarlıq hesab etdim".

 

Merkel yazır ki, Rusiya Prezidenti Vladimir Putin hər iki ölkəni bloka daxil etmək vədini müharibə elanı kimi qəbul edərdi.

 

O, ölkənin NATO-ya qəbulu üçün meyarların mövcudluğunu xatırladıb ki, bu meyarlar onun hərbi potensialı ilə yanaşı, daxili strukturun xüsusiyyətlərini də nəzərə alır.

 

Merkel qeyd edib ki, Ukrayna Alyansa qoşulsa, onun hərbi strukturları Rusiya ilə birbaşa təmasda olacaq, çünki Qara Dəniz Donanmasının birləşmələri Rusiya tərəfindən ilhaq edilmiş Krımda yerləşirdi.

 

Axar.az xatırladır ki, 2008-ci ildə NATO-nun Budapeştdə keçirilən sammitində o vaxtkı ABŞ Prezidenti Corc Buş Ukrayna və Gürcüstanın Alyansa yeni üzvlərin qəbulu proqramına – NATO-nun Üzvlük üzrə Fəaliyyət Planına - qoşulmasını təklif edib, lakin Merkel və Fransanın sabiq lideri Nikolya Sarkozi buna qarşı çıxıblar.

Seçilən
16
3
senzor.az

4Mənbələr