AZ

Braziliyalı nazir: Meşələr iqlim balansına töhfə verir

Meşələr təsviri gözəlliyin və akustik gözəlliyin nümunəsidir, çünki meşələr qulaqlarımız üçün həqiqi melodiyalar olan səslər yaradır.
APA xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən “İqlim, Təbiət və İnsanlar üçün Meşələr: Meşələr üçün iqlim maliyyələşdirilməsi" adlı Yüksək Səviyyəli tədbirdə Braziliyanın ətraf mühit və iqlim naziri Marina Silva deyib.
O qeyd edib ki, bu kontekstdə qorunan, mühafizə edilən və bərpa edilən meşələr bizim ən böyük müttəfiqlərimiz olur və birbaşa iqlim balansına töhfə verir:
"Bilirik ki, ən kasıb və ən həssas insanlar iqlim dəyişikliyindən ən çox təsirlənənlərdir ki, bu da yoxsulluğu, aclığı və bərabərsizliyi daha da artırır. Meşələrin qorunması təkcə ekoloji məsələ deyil, həm də heç kimin geridə qalmamasını təmin etmək və səylərimizi ədalətli keçidin təşviqi ilə uzlaşdırmaq üsuludur".
Seçilən
6
2
sherg.az

3Mənbələr