AZ

İstanbulu transfer nöqtəsi kimi istifadə edənlərə “Tourİstanbul”

 

  Türkiyə Hava Yolları (THY) xaricdən gələn və İstanbul Hava Limanında gözləyən sərnişinlərinə başqa ölkəyə getmək üçün pulsuz şəhər turu ilə ziyarət fürsəti təqdim edir.

  THY-nin “Tourİstanbul” layihəsi çərçivəsində İstanbulu uçuşları üçün transfer nöqtəsi kimi istifadə edən sərnişinlər xoş anlar yaşayırlar.

  İstanbul Hava Limanında 6-24 saat arası vaxtı olan sərnişinlər iki reys arasında şəhərin tarixi və mədəni dəyərlərilə tanış olmaq şansı əldə edirlər.

  THY rəsmiləri səhər saatlarında xüsusi avtobuslarla tranzit sərnişinləri götürür və qonaqlarını Dolmabaxça Sarayına gətirir. Burada ənənəvi səhər yeməyi verilən sərnişinlər giriş haqqı ödəmədən bələdçi ilə Topkapı Sarayı və Ayasofya məscidini gəzə bilirlər.

  Sərnişinlərə nahar da təklif olunur. Sonra onlar şəhərin digər mühüm tarixi və turistik yerlərini gəzdikdən sonra İstanbul Hava Limanına gətirilirlər.

  THY “Tur Marketing” meneceri Abdullah Yormaz sərnişinləri gözləmə müddətlərinə görə fərqli turlarda qəbul etdiklərini söyləyərək bildirib: “Gündə 6 fərqli tur təşkil edirik. Qışda alış-veriş, yayda isə Boğaziçi turumuz var. 2024-cü ildə “Tousİstanbul”u ilk olaraq Amerika, daha sonra Çin, Meksika, Fransa və Qazaxıstan sərnişinləri seçib”.

 



Seçilən
20
1
trt.net.tr

2Mənbələr