AZ

"Dünyanın ən cazibədar kişi"sindən gigiyenası ilə bağlı qəribə etiraf - FOTO

Məşhur prodüser Benni Blanko hazırda Selena Qomez ilə sevgili olması ilə gündəmə gəlsə də, əslində illərdir onun mahnılarını bilmədən dinləyirsiniz. Britni Spirsin "Circus", Keti Perrinin "Teenage Dream" və Keşanın "Tik Tok" kimi hit mahnılarında Benni Blankonun əməyi var. Hətta Selena Gomez ilə "Same Old Love" mahnısında da əməkdaşlıq edib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, son günlərdə People jurnalı Benni Blankonu "Dünyanın Ən Cazibədar Kişilərindən biri" elan edib. Bu münasibətlə verdiyi müsahibədə şəxsi gigiyena vərdişləri ilə bağlı açıqlamaları müzakirələrə səbəb olub.

Benny öz baxım sirrlərini belə açıqlayıb: "Pis qoxmayın. Hər şeyi düzgün edin. Düşünürəm ki, dərinin sağlam olması vacibdir. Mənim kosmetoloqum var və o, həyatımı dəyişdi. Onun adı Lindsay-dır və Artisan of Skin-də çalışır. Ah, onu reklam etdim, bəlkə mənə endirim edərlər?"

Ancaq onun daha sonrakı fikirləri cəmiyyətdə mübahisə doğurub. O bildirib: "Həmişə saç yumaq və saç kremindən istifadə etmək tərəfdarı deyiləm. Çox təmizəm, amma hər gün duş qəbul etmirəm. Bəziləri gündə 2-3 dəfə duş alır, amma məncə, dərinin yağları bərpa olunmağa vaxt tapmır."

Benny əlavə edib: "Mən müxtəlif qoxuları bir araya gətirməyi sevirəm. İstəyirəm ki, tütün, eyni zamanda pambıq şirniyyat kimi qoxum olsun. Keçib gedərkən mənim qoxumu hiss etsinlər. Qismən kişi, qismən qadın qoxusu - hər mənada daha çox qadınsı tərəfə meylliyəm."

Bu açıqlamalar sosial mediada sürətlə yayılaraq, bəzilərində çaşqınlıq yaratdı. Bir istifadəçi Instagram-da "Nə? Bunu necə deyə bilərdi?" yazaraq təəccübünü ifadə etdi. Digər bir istifadəçi isə Benny-ni müdafiə edərək, "Bu şərhlərə inana bilmirəm. Çox mehriban və xoş bir insana bənzəyir," dedi.

İsmayıl
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Seçilən
8
1
milli.az

10Mənbələr