AZ

Netanyahunun ofisi onun həbsi ilə bağlı BCM-nin qərarına CAVAB VERİB

İsrailin Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelmanın sözlərinə görə, Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə qərar verməklə İsraili müharibə tərəfinə qarşı qoyub. 

Qaziler.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Bu gün Beynəlxalq Cinayət Məhkəməsi İran rejiminin İsrailə qarşı apardığı regional müharibənin tərəfini tutaraq, İsrailin təqdim etdiyi dəlil və arqumentlərə məhəl qoymamağa qərar verdi", - Qendelman açıqlamasında deyib.

Noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi Qəzza zolağında baş verən hadisələrlə bağlı Netanyahu və Qalantın həbs edilməsiylə bağlı qərar verib. Məhkəmə BCM-nin yurisdiksiyasına etiraz etməyə çalışan İsrailin dəlillərini rədd edib.

QAZİLER.AZ

Seçilən
2
47
qaziler.az

10Mənbələr