AZ

Azərbaycan COP29-da balanslaşdırılmış həllər paketinə nail olmağa çalışır - Nazir müavini

Bakı. Trend:

Azərbaycan COP29-da adaptasiya, fəsadların azaldılması, iqlimmaliyyələşdirməsi və gender məsələlərini əhatə edənbalanslaşdırılmış qərar paketinə nail olmağa çalışır.

Trend xəbər verir ki, bunuAzərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini UmayraTağıyeva "Bakıdan Belemə: fəsadların birgə azaldılması vəuyğunlaşma. Paris Sazişinin 6.8-ci maddəsi kontekstində Amazonregionunun meşələrinin kompleks və dayanıqlı idarəetmə mexanizmi"mövzusunda keçirilən tədbirdə bildirib.

"Biz, COP29 Sədrliyi və COP sədrləri Üçlüyünün bir hissəsiolaraq, 1,5°C hədəfini əldə edilə bilən zonada saxlamağa çalışırıq,beynəlxalq əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirir vəambisiyaları stimullaşdırırıq.

Tropik meşələrin qorunması və bərpası "1,5°C missiyası" yolxəritəmizin mərkəzi elementidir. Bu kontekstdə bu il iyul ayındaÜçlük meşələrin qorunması, müdafiəsi və bərpasına dəstək məqsədiləyüksək səviyyəli bir tədbir təşkil etdi, bu tədbir biolojimüxtəliflik və iqlim arasında sinerji yaratmağı da nəzərdətuturdu.

Bu tədbir Çinin Uhan şəhərində keçirilən İqlim Fəaliyyəti üzrəNazirlər Konfransı çərçivəsində baş tutmuşdu. Burada, COP29-da bizdigər mühüm bir mərhələni əldə etdik. Tərəflər Paris Sazişinin6.8-ci maddəsində göstərildiyi kimi, bazar əsaslı olmayanyanaşmalar üzrə iş proqramı ilə bağlı mühüm qərar qəbul etdilər vəbu, ölkələrə öz milli iqlim planları çərçivəsində əməkdaşlıq etməküçün yeni imkanlar açdı.

Azərbaycan COP29-da adaptasiya, fəsadların azaldılması, iqlimmaliyyələşdirməsi və gender məsələlərini əhatə edənbalanslaşdırılmış qərar paketinə nail olmağa çalışır", - o qeydedib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
27
3
az.trend.az

4Mənbələr