AZ

İqlim maliyyəsinin yalnızfaizi qadınlar üçün layihələrə gedir - İsmayıl Serageldin

Bak. Trend:

İqlim layihəsinin maliyyələşdirilməsinin cəmi 2%-i qadınlarındəstəklənməsinə yönəlmiş təşəbbüslərə ayrılır.

Trend xəbər verir ki, bunuNizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail SerageldinMərkəzin mətbuat konfransında bildirib.

"Statistika təəccüb doğurur: qadınlar iqlim fəlakətlərindəhəyatını itirənlərin 4-də 3-nü təşkil edir və onlar kişilərdən 14dəfə daha çox təsirə məruz qalırlar. Lakin onların ehtiyaclarınınəzərə alan təşəbbüslərə ayrılan maliyyələşdirmə kritik dərəcədəaşağıdır", - deyə o qeyd edib.

Serageldin vurğulayıb ki, bu məsələlərin həlli üçün "UN Women"kimi beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi vəgender layihələrinə sərmayələrin artırılması vacibdir.

O, həmçinin qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi "UNWomen", Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin İnkişafProqramı ilə birlikdə iqlim strategiyalarında gender bərabərliyininartırılması üçün həllər hazırlamaq məqsədilə bir sıra panel vəmüzakirələr təşkil edib.

"Siyasi dəyişikliklər gender baxımından neytral deyil və onuneffektiv şəkildə aradan qaldırılması üçün qadınların ehtiyaclarınınəzərə almaq vacibdir. Qadınlar dayanıqlı icmaların təməlini təşkiledir və onların iqlim qərarlarından kənarda qalmamaları üçün təcilişəkildə resursların mobilizasiyası və qlobal yanaşmaların yenidənnəzərdən keçirilməsi tələb olunur", - deyə o əlavə edib.

Seçilən
8
2
az.trend.az

3Mənbələr