AZ

Bakıda Beynəlxalq Nəqliyyat Forumu ilə bağlı prioritetlərin müəyyənləşdirilməsi müzakirə edildi

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdəsəfərdə olan Çilinin nəqliyyat və telekommunikasiya naziri XuanKarlos Munyosla görüşüb.

Trend xəbər verir ki, bubarədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, görüşdə iki ölkə arasında Beynəlxalq NəqliyyatForumu çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Əlavə edilib ki, eyni zamanda, Azərbaycanın gələn il sədrlikedəcəyi forumla əlaqədar prioritetlərin müəyyənləşdirilməsi və buistiqamətdə Çili təcrübəsinin öyrənilməsi ilə bağlı fikirmübadiləsi aparılıb.

Qeyd edək ki, ötən il Beynəlxalq Nəqliyyat Forumunun beynəlxalqavtomobil daşımaları üzrə Keyfiyyət Xartiyasının tələblərininAzərbaycanda tətbiqinə dair qərar qəbul edilib.

Bununla da sözügedən mötəbər beynəlxalq qurum tərəfindənAzərbaycanda beynəlxalq daşımaların tənzimlənməsi və idarəedilməsinin ən yüksək beynəlxalq tələblərə uyğun təşkil edildiyiqəbul edilib.

Azərbaycan Avropa Nəqliyyat Nazirləri Konfransı haqqındaProtokola Ulu Öndər Heydər Əliyevin imzaladığı 1998-ci il 27 noyabrtarixli Azərbaycan Respublikası Qanununa əsasən qoşulub.

Beynəlxalq Nəqliyyat Forumu tərəfindən verilən çoxtərəfli vəçoxdəfəli illik icazələrlə Azərbaycan Respublikasında qeydiyyataalınan beynəlxalq yükdaşıma fəaliyyəti göstərən operatorlartərəfindən 43 Avropa ölkəsinə və əksinə davamlı yükdaşımafəaliyyəti həyata keçirilir.

Seçilən
25
1
az.trend.az

2Mənbələr