AZ

Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb - FOTO

Dövlət Ekoloji Ekspertiza Agentliyində tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə ictimai dinləmə keçirilib.

Day.Az xəbər verir ki, müstəqil ekoloqların, dövlət qurumları, tikinti şirkətləri, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Bakı şəhəri, Yasamal rayonu, A.Sultanova küçəsi, 11 ünvanında Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən inşası nəzərdə tutulmuş tədris korpusu binası və qazanxana binasının tikinti layihəsinin, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsində, 2532-ci məhəllədə "Orbita" MTK tərəfindən inşası nəzərdə tutulmuş yaşayış və qeyri-yaşayış binalarının tikinti layihəsinin, həmçinin, Suraxanı rayonu Yeni Günəşli "D" yaşayış sahəsi, 27 saylı binanın şimal hissəsində yerləşən "Etibarlı" MTK tərəfindən inşası nəzərdə tutulmuş yaşayış binalarının tikinti layihələrinin ekoloji qiymətləndirilməsi məsələləri müzakirə edilib.

Agentlik rəsmiləri tərəfindən bildirilib ki, hər hansı bir layihə həyata keçirilərkən, onda bütün ekoloji məsələlər öz əksini tapmalı ətraf mühitin mühafizəsi ilə bağlı bütün tələblərə əməl edilməlidir.

Belə ki, layihələrin ekoloji tərəfləri müəyyənləşdirilir, öhdəliklər və görüləsi işlər layihə icraçılarına təqdim olunur ki, sonradan ekoloji fəsadlar baş verməsin. Bunlar xüsusilə yaşıllıqların qorunması, atmosferin mühafizəsi və əmələ gələn tullantı sularının idarə olunmasıdır.

Müzakirələrin sonunda adıçəkilən müraciətlərin rəy verilmə mərhələsində olduğu bildirilib.

  • Bakıda
  • Bakıda
  • Bakıda
  • Bakıda
  • Bakıda
  • Bakıda
Seçilən
21
9
day.az

10Mənbələr