AZ

Ərdoğan-Tramp razılaşması: Türkiyə qoşunları Ukrayna-Rusiya təmas xətdində?

"Türkiyə qoşunlarının Ukrayna ilə Rusiya arasında mövcud vəziyyət nəzərə alınmaqla ayırıca xətdə yerləşdirilməsi faktiki olaraq Moskva üçün əlverişli bir variantdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev belaruslu politoloq Aleksandr Fridmanın Ukrayna müharibəsinin sonu ilə bağlı baxışlarına münasibət bildirərkən deyib.

"Belaruslu politoloq dediklərini havadan götürməyib. Müxtəlif mərhələlərdə müzakirə olunan variantlardan biridir. Bu barədə müəyəyn məlumatlar  sızdırılmışdı", deyə Arif Əliyev bildirib.

Ekspert qeyd edib ki, Türkiyə qoşunlarının ərazidə yerləşməsinin nə dərəcədə real olması ilk növbədə Kiyevin mövqeyindən asılıdır:

"Görürük ki, Avropa və ABŞ-da bu məsələ ətrafında əvvəlki birlik və əvvəlki inad yoxdur. Eyni zamanda, avqust-oktyabr aylarında Ukraynada keçirilən sonuncu sorğu da gözlənilməz nəticə verib. Sorğu göstərir ki, Ukrayna əhalisinin yarıdan çoxu artıq Rusiya ilə sülh müqaviləsinə getməyin tərəfdarıdır və bu zaman müəyyən ərazi itkisinin olacağını dərk edirlər. Odur ki, Türkiyə qoşunlarının Ukrayna ilə Rusiya arasında ayırıca xətdə yerləşdirilməsi variantı realdır. Lakin Kiyev ona yalnız Qərbdən alacağı köməyə bütün ümidləri itirəcəyi halda razılıq verəcək. Çünki belə olan halda Ukrayna müharibəni davam etdirə bilməyəcək". 
 


Həmsöhbətimiz düşünür ki, sözügedən ərazidə Türkiyə qoşunlarının olması Moskva üçün daha məqbuldur:

"Rusiya ancaq real vəziyyətdən çıxış edərək danışıqların aparılmalı olduğunu bildirib. Yəni, ələ keçirdiyi əraziləri özündə saxlamaq şərtilə. Türkiyə ordusunun orada yerləşməsinə gəldikdə isə, Moskva da aydındır ki, müəyyən güzəştlərə getməlidir. Bu halda da həmin ərazidə Türkiyənin olması Moskva üçün daha məqbul variantdır. Amma Türkiyənin NATO dövləti olması fonunda Rusiyanın reaksiyasının necə olacağı barədə nəsə söyləməkdə çətinlik çəkirəm".

Qeyd edək ki, belaruslu politoloq Aleksandr Fridman Haqqın.az saytına müsahibəsində Ukrayna müharibəsinin sonu ilə bağlı məsələyə münasibət bildirib. O deyib ki, Rusiya ələ keçirdiyi ərazilərə nəzarəti özündə saxlayır, lakin Ukraynanın qalan hissəsini itirir, çünki xarici hərbçilər ərazisinə gətiriləcək və onların mövcudluğu Rusiya və Ukrayna qoşunları üçün ayırıcı xəttə çevriləcək:

"Başa düşdüyüm kimi, Ərdoğa bunu dilə gətirməsə də, türk qoşunlarını Ukraynaya göndərmək niyyətindədir. Təbii ki, Putin üçün bu variant onun fəth etmədiyi Ukrayna ərazisində Britaniya və ya Fransa qoşunlarının olmasından daha məqbuldur. Digər tərəfdən, Türkiyə NATO ölkəsidir və mən Putinin bu vəziyyəti qəbul etməyə hazır olacağını düşünmürəm. Düşünürəm ki, Ərdoğan öz planını Trampla razılaşdırıb, çünki Türkiyə prezidentinin təklifi Donald Trampın təklif etdiyi ilə üst-üstə düşür".

Rüfət Sultan

Seçilən
23
50
qaynarinfo.az

10Mənbələr