“Gələn il əmək pensiyalarının orta aylıq göstəricisinin 531 manata çatdırılması proqnozlaşdırılır”.
“2019-cu ildə əmək pensiyalarının orta məbləği cəmi 264 manat idi. Beş ildə əmək pensiyalarının orta məbləğini 2 dəfəyə yaxın artıra bilmişik. Yaşa görə əmək pensiyasına baxdıqda isə rəqəm daha yüksəkdir. Növbəti ildə bu rəqəm 569 manat olacaq. Cari illə müqayisədə 8 faiz artım var. 2019-cu ilin göstəricisinə baxsaq, bu, 292 manata bərabər idi”.