AZ

300 qəzəbli meymun qaçaraq polis bölməsinə hücum etdi - FOTO

Tailandda 300 meymun polis idarəsinə hücum edib. 

 

Sfera.az bildirir ki, hadisə noyabrın 16-da Lopburidə baş verib. 300-ə yaxın aqressiv meymun qəfəsdən çıxaraq polis bölməsinə soxulublar.

 

Lopburi, ümumiyyətlə, minlərlə primatın yaşadığı meymunlar şəhəri hesab olunur. Onlar tez-tez döyüşür, dəstələr yaradır, insanlardan yemək alırlar.

 

Jurnalistlər qeyd edirlər ki, primatlar yerli uşaq bağçasından qaçaraq insanların damlarında və evlərində gəzirmişlər. Daha sonra heyvanlar yaxınlıqda yerləşən polis bölməsinə çatıblar.

 

Aralarında 40-a yaxın heyvan ac olduqları üçün “gəzintidən” sonra özbaşına sığınacağa qayıdıb. Digərləri isə meymun yetişdiricilərinin və Milli Parklar, Vəhşi Təbiət və Bitki Mühafizəsi Departamentinin köməyi ilə tutulub.

 

"Meymun sığınacağı belə dramatik qaçışların qarşısını almaq üçün təchiz olunmayıb. Biz bütün meymunların təhlükəsiz qayıtmasını təmin etmək üçün əlimizdən gələn hər şeyi edirik" - deyə departament sözçüsü bildirib.

 

Meymunlar tutularaq sığınacağa qaytarılıb. Korpus təmir edilib və gələcək qaçış cəhdlərinə qarşı qorunub.

 

 

Yeri gəlmişkən, bu, şəhərdə ilk belə hadisə deyil. Qeyd etdiyimiz kimi, Lopburi ümumiyyətlə meymunlar şəhəri hesab olunur. Burada meymunların ümumi sayı 2000-ə yaxındır. Onlar “quldur dəstələri” təşkil edir, döyüşür və xırda “oğurluq”larla məşğul olurlar.

 

Meymunları adətən turistlər bəsləyirlər. Pandemiya zamanı şəhərdə insan əhalisinin azalması səbəbindən şıltaq primatlar yemək axtarmaq üçün şəhərin ətrafına qaçırdılar. Onlar dükan və müəssisələri qarət edir, insanların əlindən yemək qoparırdılar.

 

Aynil 

Seçilən
21
sfera.az

1Mənbələr