AZ

Orta Dəhlizlə tranzit konteyner blok qatarlarının sayı 2025-ci ilə qədər 600-ə çatacaq

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, COP29 çərçivəsində keçirilən "Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar" mövzusunda yüksək səviyyəli "dəyirmi masa" zamanı bildirib ki, Orta Dəhliz vasitəsilə tranzit konteyner blok qatarlarının sayı 2025-ci ilə qədər 600-ə çatdırılacaq.

Fins.az-ın məlumataın görə, nazir qeyd edib ki, son illər ərzində Azərbaycan ümumi tranzit həcminin davamlı artımını nümayiş etdirib. 2023-cü ildə bu göstərici 13,4 milyon ton təşkil edib ki, bunun 4,3 milyon tonu Orta Dəhliz vasitəsilə daşınıb. 2024-cü ilin əvvəlindən isə Çin vasitəsilə Orta Dəhlizdən keçən blok qatarlarının hərəkətini təmin etməyə başlanılıb.

R.Nəbiyev bildirib ki, 2024-cü ilin sonuna qədər ölkəmizin ərazisindən 300-dən çox blok qatarının keçməsi gözlənilir. Hazırda tranzitin orta müddəti Azərbaycan limanlarına qədər 10 gün, Gürcüstan limanlarına qədər isə 12 gündür.

Nazir gələn il blok qatarlarının sayını 600-ə çatdırmağı, perspektivdə isə bu göstəricini 1 000 blok qatarına qədər artırmağı planlaşdırdıqlarını vurğulayıb.

Seçilən
35
fins.az

1Mənbələr