AZ

Kim Çen In ABŞ ilə termonüvə müharibəsi təhlükəsindən danışıb

Koreya yarımadasındakı vəziyyət “termonüvə müharibəsi”ni təhrik edə bilər...

Poliqon xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In deyib . Məlumatı Şimali Koreya Mərkəzi Xəbər Agentliyi(KCNA) yayıb.

Kim Çen In qeyd edib ki, Amerika tərəfi ilə danışıqlardan sonra KXDR ABŞ-nin düşmənçilik siyasətindən əmin olub.

“Münaqişənin tərəfləri heç vaxt, hər an ən dağıdıcı termonüvə müharibəsinə çevrilə biləcək belə təhlükəli və kəskin qarşıdurmada olmayıblar”, deyə Şimali Koreya lideri Pxenyanda keçirilən silah sərgisində deyib.

Kim Çen In bildirib ki, Vaşinqton öz strateji aktivlərini və müttəfiq qüvvələrini yerləşdirməklə, KXDR-i cilovlamaq üçün nüvə silahından kollektiv şəkildə istifadə etmək hüququ ilə hərbi bloklar sistemini genişləndirməklə eskalasiyaya gedir.

Poliqon.info

Seçilən
49
1
poliqon.info

2Mənbələr