AZ

Braziliyanın keçmiş prezidenti dövlət çevrilişi cəhdində ittiham olunur

Bakı. Trend:

Braziliya Federal Polisi keçmiş prezident Jair Bolsonaronu2022-ci ildə dövlət çevrilişinə cəhd və demokratik hüquqi dövlətinzorakılıqla devrilməsi cəhdində ittiham edib.

Trend xəbər verirki, bu barədə ölkənin “G1” portalı məlumat yayıb. Bolsonaro CinayətMəcəlləsinin bir neçə maddəsini pozmaqda, o cümlədən o zamankıseçilmiş prezident Luiz İnasio Lula da Silvanın andiçmə mərasiminipozmaq üçün addımlar atmaqda günahlandırılır.

Məlumata görə, qanunvericiliyə əsasən, zorakı təcavüz aktı başverməsə belə, demokratik qaydaların pozulmasına yönələn hərəkətlərciddi cəzalandırılır.

Hazırda bu iş Braziliyanın Federal Ali Məhkəməsinə təqdimolunub. Məhkəmə məruzəçisi, hakim Aleşandri di Morays, işiRespublika Baş Prokurorluğuna göndərməlidir. ProkurorluqBolsonaroya qarşı rəsmi ittiham irəli sürmək və ya işi bağlamaqbarədə qərar verəcək.

Bu məsələ ölkədə demokratik dəyərlərin qorunması baxımındangeniş müzakirələrə səbəb olub.

Seçilən
34
az.trend.az

1Mənbələr