AZ

ABŞ alimləri su kəmərlərində naməlum kimyəvi maddə aşkarlayıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-də bir qrup tədqiqatçı milyonlarla amerikalının istifadə etdiyi içməli su kəmərlərində yeni kimyəvi maddə aşkar edib. Bu barədə CNN məlumat yayıb.

Qeyd olunur ki, bu birləşmə ilk dəfə təxminən 40 il əvvəl tapılıb, lakin alimlər onun dəqiq kimyəvi tərkibini yalnız son dövrlərdə müəyyənləşdirə biliblər. Məlum olub ki, söhbət qeyri-üzvi xloraminin parçalanması nəticəsində əmələ gələn xlorinitramid anionundan gedir.

Ekspertlərin hesablamalarına görə, bu maddə təxminən 113 milyon insanın istehlak etdiyi içməli suda mövcuddur.

Alimlər hazırda yeni maddənin potensial təhlükəsini müəyyənləşdirməyin mümkün olmadığını bildiriblər. Bununla belə, qeyd ediblər ki, bu maddə toksikliyi ilə tanınan digər molekullara bənzəyir.

Bundan əvvəl ABŞ Geoloji Xidməti ölkə ərazisindəki su kəmərlərinin təxminən yarısında PFAS qrupuna aid kimyəvi çirkləndiricilərin olduğunu açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
olaylar.az

1Mənbələr