AZ

Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır ŞƏRH

21 noyabr 1992-ci il ictimai-siyasi tariximizin ən əlamətdar günlərdən biridir. Bu gün Yeni Azərbaycan Partiyasının yarandığı gündür. Bu gün Müstəqil Azərbaycanın gələcəyə inamla addımlamağa başladığı gündür. Hər qaranlıq gecənin işıqlı sabahı olur. Məhz bu gün o işıqlı sabahlardan biridir. YAP müasir müstəqil Azərbaycan tarixinin ən çətin anlarında, ən çətin günlərində yaradılan partiyadır. 90-cı ilin əvvəllərində ölkəmizdə baş verən hadislər yaqin ki, hər birimizin yadındadır. Bu tədbirdə iştirak edən böyük əksəriyyəti bu hadisələrin canlı şahidləridir. Ölkəmizdə xalqla ixtidarın birliyi mövcud deyildir, ölkəmizdə xaos, anarxiya, hakimiyyətsizlik baş alıb gedirdi. Və bütün bu amillər ölkəmizin vətəndaş müharibəsinə aparır. Ölkəmiz uçurum vəziyyətdə idi. Və bu amillərdən istifadə edən düşmənlərimiz torpaqlarımı zəbt eləməyə başladı. Təbii olaraq ki, bununla razılaşmayan Azərbaycan ziyalılar, Azərbyacan sevərlər, Azərbaycan vətəndaşları xalqımızın xilaskarı Heydər Əliyevə müraciət elədilər. Ziyalılar Heydər Əliyevə müraciət edərək Azərbaycanda yeni siyasi partiyanın yaradılmasının və ona rəhbər etməsini Heydər Əliyevdən xahiş elədilər. O zaman ixtidarda olan qüvvələrin bütün törətdiyi maneçilərə baxmayaraq 550 nəfərdən ibarət olan təşəbbüs qrupu ölkəmizin bütün regionlarından olaraq Naxçıvana gələrək YAP təsis qurultayını keçirdi. Və bu qurultaya ümumillli lider Heydər Əliyev sədrlik etdi. Bundan sonra dekabrın 18 də YAP Ədliyyə nazirliyindən qeydiyyatdan keçdi. Və bununla da ölkəmizdə yeni partiya yaradıldı. 1993-cü ildə xalqımızın təkidi ilə hakimiyyətə yenidən qayıdan ulu öndərimiz xalqımızı, dövlətimizi, millətimizi böyük bir fəlakərdən xilas etdi. Ölkədə atəşkəs rejimi elan olundu, müharibə dayandırıldı.

Heydər Əliyev: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxsələrin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaratmışdır”.

Qısa müddət ərzində YAP müxalif partiyadan ixtidar partiyasına çevrildi. Bu müddət ərzində YAP qarşısında olan bütün hədəfləri YAP rəhbəri üzvləri uğurla həyata keçirib. Lakin hər birinizin, hər Azərbaycan Respublikasının vətəndaşının ürəyində bir arzusu var idi. Torpaqlarımızı işğaldan azad etmək. Bunu da ulu öndərin davamçısı ali baş komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək bizim xalqımızı qələbəyə çatdırdı və sevindirdi, ərazi bütövlüyünü təmin etdi. Əlbəttə ki, ərazi bütövlük dedikdə qəhrəman xalqın igid oğul və qızlarını, şəhidlərimizi və qazilərimizi unutmuruq. Niyə oğul və qızlarımızı dedim, ona görə ki, 44 günlük müharibədə həkim və tibb bacıları neçə igidlərimizi həyata qaytarıb. Allah qanları ilə tarixə ZƏFƏR sözünü yazan şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Yeni Azərbaycan Partiyası Ümumimillli lider Heydər Əliyev tərəfindən bizə olan əmanətdir və bizim borcumuz bu əmanəti qoruyub saxlamaqdır.

Yaşasın Azərbaycan!

Eşq olsun Yeni Azərbaycan Partiyasına!

Şəhla Xəlilova

YAP Yasamal rayon təşkilatının Elm və Təhsil Nazirliyin Fizika İnstitutu üzrə ərazi Partiya təşkilatının sədri

Seçilən
17
sesqazeti.az

1Mənbələr