AZ

Orban da buna qarşı çıxdı

Macarıstanın Baş naziri Viktor Orban Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin hökumət rəhbəri Benyamin Netanyahunun həbsinə order verməsini səhv adlandırıb.

KONKRET.az bu barədə “Reuters”ə istinadən xəbər verir.

Macarıstan lideri İsrailin baş nazirini ölkəyə dəvət etmək niyyətində olduğunu bildirib və ona təhlükəsizlik vəd edib.

Orban BCM-nin həbs qərarına məhəl qoymayacaqlarını bildirib.

Xatırladaq ki, dünən Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Netanyahu və sabiq müdafiə naziri Yoav Qalatın həbsinə order verib.

Böyük Britaniya və İsveçrə Netanyahu və Qalantı həbs edəcəklərini vəd ediblər. Oxşar bəyanatlar Kanada və Niderland da səslənib.

ABŞ isə buna qarşı çıxıb.

Məlik,
KONKRET.az

Seçilən
11
50
konkret.az

10Mənbələr