AZ

COP29 indiyədək keçirilən ikinci ən böyük COP tədbiri oldu - BMT rəsmisi

COP29 indiyədək keçirilən ikinci ən böyük COP tədbiridir. Bunu BMT-nin proqramlar üzrə meneceri Niklas Svenninqsen COP29 tədbirində çıxışı zamanı deyib.

"Tədbirdə 77 min adam qeydiyyatdan keçib. Onların 70%-i aktiv iştirak edib. Bu indiyədək ikinci ən böyük COP tədbiri idi. Azərbaycana qısa zamanda təşkilatçılığına görə təşəkkür edirəm. Tədbirdə 200 təşkilatçı iştirak edib. 198 ölkə nümayəndələrinin COP-da fəaliyyəti olub. 8 min tədbirin 5 mini blu zone-da oldu. Pis tərəfi odur ki, insanlar ora gələ bilmir. Təsəvvür edin muzey açırsız,amma ora kimsə gedə bilmir. Düşünməliyik ki, necə edək ki, bu əkçatan olsun",- o bildirib.
 
Bugün Bakıda COP29-un sonuncu günüdür. 
 


www.anews.az
Seçilən
25
anews.az

1Mənbələr