AZ

ABŞ Polşadakı hərbi bazasını yüksək hazırlıq vəziyyətinə gətirib

ABŞ

Rusiya bəyan edib ki, ABŞ Polşanın şimalındakı yeni raketdən müdafiə bazasının döyüş hazırlığını artırıb və bu, nüvə təhlükəsinin ümumi səviyyəsinin artmasına səbəb olacaq.

Reyting.az
-ın məlumatına görə, Varşava buna cavab olaraq elan edib ki, Moskvadan gələn “daimi təhdidlər” NATO-nun müdafiə qabiliyyətinin artırılması iddiasını gücləndirir.

“Bu, amerikalıların və onların Şimali Atlantika Alyansındakı müttəfiqlərinin strateji sahədə dərin sabitliyi pozan bir sıra hərəkətlərində növbəti açıq təxribatçı addımdır”, - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Qeyd edək ki, Baltik dənizi sahili yaxınlığındakı Redzikovo şəhərində yerləşən raket əleyhinə müdafiə bazası noyabrın 13-də açılıb.

Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Pavel Vronski bazada nüvə raketlərinin olmadığını, onun yalnız müdafiə üçün nəzərdə tutulduğunu vurğulayıb.

E. KAMAL
Seçilən
25
reyting.az

1Mənbələr