Hurriyyet.az xəbər verir ki, Ermənistanla İranın xarici işlər nazirləri - Ararat Mirzoyanla Abbas Əraqçi həftə ərzində iki dəfə telefonla danışıblar. Bu barədə "Sputnik Ermənistan" informasiya agentliyi məlumat verib.
Mirzoyan X şəbəkəsindəki açıqlamasında yazıb: "Həmkarımla telefon söhbəti zamanı gündəlikdə duran məsələlərə, o cümlədən vətəndaşlara əlavə fayda gətirə biləcək ikitərəfli əməkdaşlıq sahələrinə toxunduq".
Nazirlər bundan əvvəl noyabrın 14-də telefonla əlaqə saxlayıblar. Ərazçi öz "Teleqram" kanalında erməni həmkarı ilə söhbət zamanı regional vəziyyətlə bağlı İrəvanla Tehran arasında məsləhətləşmələrin davam etməsinin əhəmiyyətini vurğuladıqlarını qeyd edib.
Hürr Tərcüman