AZ

Hadrut qəsəbəsinin xarici elektrik təchizatı ilə təmin olunması yaxşılaşdırılır

Xocavənd rayonunun Hadrut qəsəbəsinin xarici elektrik təchizatının təminatı yaxşılaşdırılır.

Herbiand.az dövlət satınalmalarının vahid internet portalına istinadən bildirir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti bununla bağlı hazırlıqlara başlayıb.

Belə ki, Hadrut qəsəbəsinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi (1-ci mərhələdə tikiləcək transformator məntəqəsinə) işləri həyata keçiriləcək.

Qurum sözügedən işlərin icrasının 716.976,55 AZN-ə (716 min 976 manat 55 qəpik) başa gələcəyini proqnozlaşdırıb.

Seçilən
8
1
herbiand.az

2Mənbələr