AZ

Kanadanın baş naziri xəbərdarlıq etdi: Netanyahu gəlsə, həbs edəcəyik!

Beynəlxalq Cinayət Məhkəməsi (ICC) baş nazir Binyamin Netanyahu da daxil olmaqla yüksək rütbəli İsrail rəsmilərinin həbsinə order verdikdən sonra Kanadanın baş naziri ölkəsinin qərara tabe olacağını bildirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Kanadanın baş naziri Castin Tryudo bununla bağlı açıqlamasında deyib:

"Biz beynəlxalq hüququn tərəfdarıyıq və beynəlxalq məhkəmələrin bütün qərarlarına tabe olacağıq".

Noyabrın 21-də Hollandiya məhkəməsi Netanyahu, İsrailin keçmiş müdafiə naziri Yoav Gallant və HƏMAS lideri İbrahim əl-Masrinin Qəzzadakı münaqişə ilə bağlı həbsinə order verib.

Seçilən
30
4
modern.az

4Mənbələr