Beynəlxalq Cinayət Məhkəməsi (ICC) baş nazir Binyamin Netanyahu da daxil olmaqla yüksək rütbəli İsrail rəsmilərinin həbsinə order verdikdən sonra Kanadanın baş naziri ölkəsinin qərara tabe olacağını bildirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Kanadanın baş naziri Castin Tryudo bununla bağlı açıqlamasında deyib:
"Biz beynəlxalq hüququn tərəfdarıyıq və beynəlxalq məhkəmələrin bütün qərarlarına tabe olacağıq".
Noyabrın 21-də Hollandiya məhkəməsi Netanyahu, İsrailin keçmiş müdafiə naziri Yoav Gallant və HƏMAS lideri İbrahim əl-Masrinin Qəzzadakı münaqişə ilə bağlı həbsinə order verib.