AZ

Kanada da Netanyahunu həbs edəcək - Əgər ölkəyə gəlsə

Kanada Beynəlxalq Cinayət Məhkəməsinin İsrail Baş naziri Benyamin Netanyahu da daxil olmaqla yüksək vəzifəli İsrail rəsmilərinin həbsinə dair orderlərinə riayət edəcək.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Tryudo bildirib.

O deyib ki, Kanada Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarına əməl edəcək: "Biz beynəlxalq hüququn tərəfdarıyıq və beynəlxalq məhkəmələrin bütün qərarlarına əməl edəcəyik".

Xatırladaq ki, dünən Hollandiyada Beynəlxalq Məhkəmə Qəzza münaqişəsi ilə bağlı Netanyahu, İsrailin keçmiş müdafiə naziri Yoav Qallant və Həmas lideri İbrahim əl-Masrinin həbsinə order verib.

Onu da qeyd edək ki, BCM-in 124 üzv dövləti, məhkəmənin təsis nizamnaməsinə əsasən, məhkəmənin həbsinə order verdiyi istənilən şəxsi öz ərazilərinə daxil olduğu halda həbs edib, təhvil verməyə borcludur.

BCM-ə AB-nin bütün ölkələri, Böyük Britaniya, Kanada, Yaponiya, Braziliya, Avstraliya, Fələstin, İordaniya və s. ölkələr daxildir. 

Bu ölkələrin bir çoxu, o cümlədən Fransa və Niderland kimi İsrailin müttəfiqləri də orderlərə hörmət edəcəklərini və beləliklə, Netanyahu və Qallant bu ölkələrə səfər edərsə, həbsləri həyata keçirəcəklərini bildiriblər.

“AzPolitika.info”

Seçilən
11
4
azpolitika.info

5Mənbələr