AZ

Kasım-Jomart Tokayev Ukraynada vəziyyətin gərginləşməsi fonunda ölkədə təhlükəsizlik tədbirlərinin gücləndirlməsi barədə göstəriş verib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ukraynada vəziyyətin gərginləşməsi fonunda ölkədəki əsas mülki və hərbi obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı göstəriş verib.

Bu barədə dövlət başçısının müşaviri və mətbuat katibi Berik Uali məlumat verib. O, prezidentin qərarı ilə bağlı parlamentin hər iki palatasının rəhbərliyinə məlumat verildiyini vurğulayıb və vəziyyətin Tokayevin şəxsi nəzarətində olduğunu deyib. “Dövlətimiz üçün əsas strateji məqsəd sabitliyi, sakitliyi, asayişi və aintizamı qorumaqdır”, – deyə Uali bildirib.

Noyabrın 20-də Qazaxıstanın Ukraynadakı səfirliyi respublika vətəndaşlarına Ukraynanı tərk etməyi və ya aktiv döyüş əməliyyatları aparılan yerlərin yaxınlığındakı ərazini tərk etmək imkanını nəzərdən keçirməyi tövsiyə edib. Bir gün əvvəl, noyabrın 21-də isə Rusiya prezidenti Vladimir Putin Ukraynanın Dnepropetrovsk şəhərindəki Cənub Maşınqayırma Zavoduna hücumda orta mənzilli “Oreşnik” ballistik raketindən istifadə edildiyini açıqlayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
15
1
editor.az

2Mənbələr