AZ

77 saxta domen bloklandı - RƏSMİ

Bu ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kiberkəşfiyyat imkanlarından istifadə etməklə dövlət qurumlarının domenlərinə (gov.az) bənzədilmiş 77 saxta domen aşkar edərək bloklayıb.

Musavat.com Dövlət Xidmətinə istinadən xəbər verir ki, bunun 53-ü III rübün payına düşüb.

Yanvar-oktyabr aylarında isə qurum "AzStateNet" şəbəkəsi üzrə 679 430 000 zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 3 818 400, kompüter və proqram təhlükəsizliyi sahəsində əhəmiyyətli konsept olan "Sandbox" mühafizə sistemi vasitəsilə isə 185 163 zərərverici tərkibli elektron sənədi blok edib.

Seçilən
13
25
musavat.com

10Mənbələr