AZ

Berbok: "Maliyyəyə çıxış xüsusilə iqlim təsirlərindən ən çox əziyyət çəkən dövlətlər üçün lazımdır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İqlim maliyyəsi ilə bağlı dürüst struktur qurmalıyıq. Maliyyəyə çıxış xüsusilə iqlim təsirlərindən ən çox əziyyət çəkən dövlətlər üçün lazımdır. Bununla belə, inkişaf etməkdə olan ölkələrin də təhlükəsizliyə ehtiyacı var".
Oxu.Az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok COP29 çərçivəsində Bakıda keçirdiyi mətbuat konfransında deyib.
"Kreditlərin və qrantların nə olduğu barədə dürüstlüyə ehtiyacımız var. Biz maliyyə institutlarımızı daha da inkişaf etdirmək üçün birlikdə çalışmalıyıq. Bu, borc məsələsinə, borcun ləğvinə və borcun restrukturizasiyasına da aiddir. Avropalılar olaraq buna artıq hazırıq", - deyə nazir əlavə edib.
Məhərrəm Əliyev
Seçilən
18
50
oxu.az

10Mənbələr