AZ

Türkiyə XİN Pakistana başsağlığı verib

Türkiyə Xarici İşlər Nazirliyi Pakistanın Hayber-Paxtunxva əyalətində bir gün əvvəl baş verən terror aktını pisləyib. Məlumatı “Anadolu” verib. 

Nazirlik həlak olanların ailələrinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb. Açıqlamada Türkiyənin terrorla mübarizədə Pakistanla həmrəy olmağa davam edəcəyi vurğulanıb.

Qeyd edək ki, ötən gün Pakistanın Hayber-Paxtunxva əyalətində şiə müsəlmanları daşıyan sərnişin mikroavtobuslarına silahlı hücum nəticəsində 42 nəfər ölüb, daha 30 nəfər yaralanıb.

 

P.ƏMİRCANOV

XQ

 

 

Seçilən
14
xalqqazeti.az

1Mənbələr