AZ

Kubilay Kavak: İqlim maliyyələşməsi məsələsinin həlli dünyada geniş müzakirə olunur

Rəhbəri olduğum şirkət ekoloji dayanıqlılıq məsələləri üzrə 13 ildir məsləhət xidməti göstərir. Biz bütün COP tədbirlərində iştirak edirik. Çox şadam ki, COP29 Bakıda keçirildi. Biz burada həm Mavi Zonada, həm də Yaşıl Zonada aparılan müzakirələri izlədik. Eyni zamanda, Türkiyə pavilyonunda da çıxış etdik.

Bunu Türkiyənin “Eskarus” konsultasiya firmasının rəhbəri Kubilay Kavak AZƏRTAC-a müsahibəsində deyib.

Əvvəllər də COP konfranslarının iştirakçısı olan qonaq inkişaf etmiş ölkələrin yaşıl enerjiyə keçid üçün birgə vəsait ayırmaları ilə bağlı böyük gözləntilərin olduğunu diqqətə çatdırıb. İqlim maliyyələşməsi məsələsində razılığın əldə olunmasının zəruriliyini xüsusi vurğulayan türk iştirakçı deyib: “İqlim maliyyələşməsinin həlli məsələsi hazırda dünya mətbuatında da geniş müzakirə olunur. Bu baxımdan həftəsonu keçiriləcək dinləmələr də böyük maraq doğurur. Digər tərəfdən, COP bütün dünya xalqlarının, QHT-lərin bir araya gəldiyi böyük platformadır. Məsələn, Şotlandiyanın Qlazqo şəhərində keçirilən COP tədbirində nüvə təşkilatlarının önə çıxması etirazlara səbəb olmuşdu. Ancaq Bakıda oxşar etirazlara rast gəlinmədi. Bundan əlavə, Bakıda COP-un tanıtımı şəhər daxilində də gözəl təşkil edilib. Paytaxtın hər yerində iqlim dəyişmələrinin əhəmiyyətini vurğulayan lövhələr quraşdırılıb. Bunları görməkdən çox məmnun olduq. Ümumilikdə deyə bilərəm ki, burada yeganə məsələ yaşıl enerjiyə keçidlə bağlı maliyyələşdirmə məsələsində konsensusun əldə olunmasıdır”.

Seçilən
57
xalqqazeti.az

1Mənbələr