AZ

ABŞ Rusiyanın ən qorxduğu sanksiyanı da tətbiq etdi- "Qazprombank"...

Image

Əsas məsələ Aİ-nin sanksiyaya qoşulub-qoşulmayacağıdır - hələ qərar yoxdur!

Amerika öz sanksiyalar siyahısına Rusiyanın "Qazprombank"-ını da əlavə etdi. Rusiyanın xeyli sayda iri bankları ABŞ-nin sanksiyalarına məruz qalıb. Onlar aşağıdakılardır: "BKS Bank", "Dom.RF", "Kremlevsky Bank", "Finservice", "Agroros", "Iturup", "Sinara", "Energotransbank", "Qazprombank", Centrocredit Bank və daha bunlardan başqa onlarla kredit təşkilatı.

Aşağıdakılar şəxsi məhdudiyyətlərə məruz qaldı:

- Rusiya Bankının departament rəhbərləri Alla Bakina, Yelizaveta Danilova, Yekaterina Lozqaçeva, Kirill Pronin;

- Mərkəzi Bankın sədr müavini Vladimir Çistyuxin və Dmitri Tulin.

Bu böyük Rusiya bankı daha öncədən artıq Amerikanin bəzi sanksiyaları altında idi. Məsələn, müxbir bank əməliyyatlarına, habelə borc və səhmlərlə əməliyyatlara məhdudiyyətlər qoyulmuşdu. "Qazprombank" indi artiq ABŞ-nin anti-Rusiya sanksiyaları

(SDN) siyahısına daxil edilib. Bu siyahıya düşmək "Qazprombank"-ı ABŞ-ın bank sistemindən kənarlaşdıracaq. Onun Amerikadakı aktivləri də dondurulacaq.

2022-ci ilin yazından Rusiya prezidenti Vladimir Putinin fərmanına əsasən, dost olmayan ölkələrlə qaza görə rubl ödənişləri “Qazprombank” vasitəsilə həyata keçirilir.

Lakin ABŞ Maliyyə Nazirliyi 28 iyun 2025-ci ilə qədər "Qazprombank" vasitəsilə "Saxalin-2" layihəsi çərçivəsində əməliyyatlara icazə verib.

Qeyd edək ki, "Saxalin-2" layihəsi çərçivəsində Amerikaya məxsus, Rusiyanın şərqinə yaxın yerləşən adalarda fəaliyyət  göstərən ABŞ şirkətləri mütəmadi olaraq Rusiyadan neft alır. Məhz buna görə "Qazprombank"da "Saxalin-2" layihəsi çərçivəsində əməliyyatlar aparmağa icazə verilmişdi. İndiki sanksiya qərarında məlum deyil ki, "Qazprombank"a verilmiş bu güzəşt qüvvədə qalır, yoxsa yox.

O ki qaldı Avropa İttifaqina, hazırda Avropa ölkələri Rusiyadan müxtəlif istiqamətlər üzrə ayda 5 milyard kubmetrdən çox qaz alır. Həmin qazın haqqını Avropa ölkələri Rusiyaya "Qazprombank" vasitəsi ilə ödəyir. Aİ SDN-ə qoşulsa ödənişləri bu bank vasitəsilə ödəyə bilməyəcək. Ödənislər dayandığı halda isə Moskva qazi kəsəcək. Ona görə də Avropa ölkələri bu ödənisləri başqa vasitələrlə ödəməyə məcbur olacaq ki, bu da həm vaxt itkisinə səbəb olacaq, həm də onlara baha başa gələcək.

Məsələn, Avropa İttifaqı bu sanksiyaya qoşulsa, Rusiyadan qaz və neft alan ölkələr məcbur qalıb, Rusiya ilə özəl ödəniş sistemlərinə malik olan üçüncu ölkə bankları vasitəsilə borclarını ödəyəcəklər. Bu da xeyli maliyyə itkisinə səbəb olacaq. Yəni bu sanksiya ilə, hazırkı mərhələdə Aİ bu sanksiyaya qoşulduğu təqdirdə, Rusiyadan daha çox, ondan enerji asılılığı olan Avropa ölkələrinə ziyan dəyəcək. Aİ SDN-ə qoşulmayacağı təqdirdə isə bu sanksiyanın effekti olmayacaq.

Azərbaycana gəldikdə isə, bizimlə Moskva arasında SWIFT-dən başqa aktiv "Mir" ödəniş sistemi mövcuddur. Digər tərəfdən, Rusiyanın hələ də SDN-ə düşməyən bankları var və bizim biznes subyektləri və dövlət həmin bankların xidmətindən yararlanaraq hesablaşmalarını həyata keçirə bilər.

Akif NƏSİRLİ





Seçilən
47
4
baki-xeber.com

10Mənbələr