AZ

Ukraynalı voleybolçular beynəlxalq oyundan sonra geri qayıtmayıblar

Ukraynalı 3 voleybolçu Çağırış kubokunun oyunundan sonra Belçikadan vətənə qayıtmayıb.

İdman.biz xəbər verir ki, "Reşetilovka"nın üzvləri Ruslan Osipenko, Andrey Oropko və Dmitri Şavrak “Menen”lə qarşılaşmadan sonra burada qalıblar.

Klubun meneceri Nikolay Kuranov isə sərhədi keçərkən birbaşa hərbi xidmətə aparılıb.

Qeyd edək ki, Poltava bölgəsinin "Reşetilovka" voleybol klubu turnirin 1/16 final mərhələsində "Menen"ə hər iki görüşdə 0:3 hesabı ilə uduzaraq, yarışla vidalaşıb.

İdman.biz

Seçilən
18
idman.biz

1Mənbələr