AZ

Rusiyada yaşayan azərbaycanlılar oxusun: 1 gün qaldı

Rusiya vətəndaşlığı alan, lakin andiçmə prosedurunu keçməyən əcnəbilər bu il noyabrın 23-dən Rusiya vətəndaşlığı statusundan məhrum ediləcəklər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi xəbərdarlıq yayıb.

Qurumdan bildirilib ki, andiçmə müddəti noyabrın 22-də başa çatır.

"23 noyabr 2024-cü il tarixindən belə şəxslər Rusiya vətəndaşlığını əldə etməmiş hesab olunacaqlar və onların Rusiya vətəndaşlığına qəbul edilməsi barədə qərarlar etibarsız sayılacaq", - deyə məlumatda vurğulanıb.

Qeyd etmək lazımdır ki, Rusiya vətəndaşlığı alarkən andiçmə öhdəliyi 2017-ci il sentyabrın 1-dən tətbiq edilib. Buna görə də yeni qaydalar bu tarixdən əvvəl Rusiya vətəndaşı olanlara və ya vətəndaşlıq alarkən and içməkdən azad edilənlərə aid deyil.

Milli.Az

Seçilən
12
7
milli.az

10Mənbələr