AZ

Azərbaycan və Afrika ölkəsi arasında razılaşma memorandumu imzalanıb

Noyabrın 20-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan və ÇAD arasında niyyət protokolu müqaviləsi imzalanıb.
 
Xatırladaq ki, ÇAD Respublikası altı ölkə ilə şərqdə Sudan, şimalda Liviya, qərbdə Niger, Kamerun və Nigeriya, cənubda isə Mərkəzi Afrika ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Ncamena, ümumi sahəsi 1,284,000 kvadrat kilometr, əhalisinin sayı 16 milyon nəfərdən çoxdur. Rəsmi dil ərəb və fransız dilləridir. Ölkədə neft, boksit, uran, qızıl, qalay, tantal, mis və.s təbii sərvətlər var. 
 
Bu barədə Afrika-Azərbaycan Ticarət Əlaqələri təşkilatının  təsisçisi və idarə heyətinin sədri Rəna Qəfərova bildirib ki, razılaşdırma protokolunun məqsədi iqlim dəyişmələri ilə mübarizə sahəsində Afrika ölkələri arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi, ətraf mühitin qorunmasına yönələn tədbirlərdə birgə iştirak və hər iki təşkilatın fəaliyyət istiqamətləri ilə uyğunluq təşkil edir.  
 
R.Qəfərova 2023-cü ildə yaradılan Afrika-Azərbaycan Ticarət Əlaqələri təşkilatının əsas məqsədindən danışıb:
 
“Məqsədimiz Afrika ölkələri ilə Azərbaycan arasında ticarət əlaqələrini, əməkdaşlıqlarını artırmaq, iqtisadi münasibətləri genişləndirmək, yerli məhsullarımızın Afrika bazarına ixracını həyata keçirmək missiyası daşıyır. Bundan başqa əsas məqsəd investisiya imkanlarının bazar araşdırılmasıdır. Həm tikinti, həm aqrar, həm də digər iqtisadi sahələr üzrə”.  
 
R.Qəfərova COP29-un Azərbaycan və Afrika arasındakı münasibətlərinə təsiri barəsində vurğulayıb ki, belə bir mötəbər tədbirə ev sahibliyi edən Azərbaycanın Afrika ölkələri ilə əlaqələri uğurla davam edir: 
 
“COP29-un əksər qonaqları Afrika qitəsindən olması bizə onları yaxından tanımaq imkanı yaratdı. İnanıram ki, COP29-dan sonra Afrika-Azərbaycan münasibətləri daha da genişlənəcək və inkişaf edəcəkdir. Gələcəkdə Afrika ölkələrinə biznes turların təşkili planlaşdırılır”.
 
Sonda R.Qəfərova 2025-ci ildə Afrika və Azərbaycan arasında ölkəmizdə keçirilməsi nəzərdə tutulan böyük ticarət və iqtisadi forum olacağını qeyd edib. 
 
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu son hesabatında Yaxın Şərq və Şimali Afrika regionunun iqtisadiyyatlarının cari ildə 2,1 faiz, 2025-ci ildə isə 4 faizə artacağını proqnozlaşdırıb. Regionda adambaşına düşən istehsalın 2024-cü ildə 0,2 faiz, 2025-ci ildə isə 2,2 faiz olacağı gözlənilir.
Seçilən
29
8
moderator.az

9Mənbələr