Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Kamal Kılıçdaroğlunun məhkəməsi keçirilib.
Modern.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə ittiham olun siyasətçi məhkəmənin ilk iclasında ifadə verib.
O, işlətdiyi sözlərə görə peşman olmadığını bildirib. Məhkəmədə CHP-nin hazırkı sədri Özgür Özəl, Ankara bələdiyyə sədri Mansur Yavaş, Məmləkət Partiyasının sədri Muharrem İnce və digər siyasətçilər iştirak edib.
Sözügedən maddə ilə Kılıçdaroğlunu 11 ilə qədər həbs və siyasi qadağa gözləyir.