AZ

Rusiya ilə Britaniya ordularının döyüşü başlaya bilər

Rusiya

“Rusiya Federasiyasının ordusu Şərqi Avropa ölkələrini işğal etməyə başlasa, Britaniya Silahlı Qüvvələri işğalçıları dəf etməyə hazırdır”.

Reyting.az
xəbər verir ki, bunu İcmalar Palatası Müdafiə Komitəsinin iclasında Böyük Britaniyanın Müdafiə Qərargahı rəisinin müavini Rob Maqovan deyib.

Deputatların “Rusiya tərəfindən vəziyyət əhəmiyyətli dərəcədə gərginləşəcəyi təqdirdə onların neçə briqadası NATO-nun şərq cinahına çata bilər”,- sualına general Maqovan belə cavab verib:

“Britaniya ordusundan bu gün döyüşmək istənilirsə, bu gün döyüşəcək. Britaniya ordusunun indi bir sıra əməliyyat riskləri və əməliyyat üstünlükləri var”.

Bununla yanaşı “Politico” nəşri Britaniya quru qoşunlarının bir sıra problemlərinin olduğunu yazıb.

Onu da qeyd edək ki, NATO-ya üzv ölkələrin hərbi qulluqçuları və siyasətçiləri dəfələrlə bəyanatlar veriblər ki, cəmi bir neçə ildən sonra Rusiya Federasiyasının təcavüzü ilə üzləşə bilərlər.

E. KAMAL
Seçilən
45
reyting.az

1Mənbələr