AZ

Təmir bitdi, “İmişli” evinə qayıtdı

Yaydan bəri təmirə bağlanan Heydər Əliyev adına İmişli şəhər stadionu tam yararlı vəziyyətə gətirilib.

Bunu “Futbolinfo”ya açıqlamasında “İmişli”nin İdarə Heyətinin sədri Aqşin Mürsəlov bildirib: “Stadionda təmir işləri yekunlaşıb. Ot örtüyü ideala yaxın vəziyyətdədir. Ot örtüyünə müasir üsulla qulluq edilir. Peşəkar Futbol Liqasının komissiya heyəti stadionu təftiş edərək müsbət rəy veriblər. Nnövbəti tur çərçivəsində keçiriləcək “Qaradağ Lökbatan”la oyunu stadionumuz tam hazırdır. Növbəti mərhələdə stadionun işıqlandırma sistemi və yeni monitorun quraşdırılma işlərinə start verəcəyik. Ümid edirəmki, azarkeşlərimiz doğma stadionumuzu tam dolduracaqlar, “İmişli”yə dəstəklərini nümayiş etdirəcəklər”.

Qeyd edək ki, “İmişli” – “Qaradağ Lökbatan” görüşü noyabrın 27-i saat 14:30-da start götürəcək. I Liqa klubu bunadək ev oyunlarını Saatlıda keçirirdi.

BƏHRUZ MUSAYEV

Seçilən
19
futbolinfo.az

1Mənbələr