AZ

YAP Azərbaycan cəmiyyətinin aparıcı qüvvəsidir



1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası müstəqil dövlətçiliyimizin və ümummilli maraqların təmin edilməsi naminə cəmiyyətimizin bütün təbəqələrinin qüvvəsini səfərbər edən konstruktiv müxalifət partiyası kimi yaradıldı.Azərbaycan xalqı 1993-cü ilin iyununda – “olum və ya ölüm” dilemması qarşısında qaldıqda özünün taleyini dahi şəxsiyyət Heydər Əliyevə həvalə etdi. Ulu öndər xilaskarlıq missiyasını uğurla yerinə yetirdi, ölkəmizi, xalqımızı Milli Qurtuluş yoluna çıxartdı. 1995-ci ilin parlament seçkiləri nəticəsində partiya xalqın böyük dəstəyini qazanaraq müstəqil dövlətçiliyin əsas təminatçısı olan siyasi qüvvəyə – iqtidar partiyasına çevrildi.
Ölkəmizdə dərin islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində YAP-ın xidmətləri əvəzsizdir. Məhz bu ali keyfiyyətlərə görə YAP daim öndədir, sevilir, sıraları durmadan çoxalır.
Ötən əsrin sonlarında Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaranan partiya ölkəmizi məhv olmaqdan qoruyaraq xilaskarlıq, qurtuluş tarixi yazdı. Belə bir şərəfli siyasi keçmişə malik YAP 2020-ci ildə Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın ərazi bütövlüyünü təmin edərək Zəfər epopeyası yaratdı.YAP ölkədə yaşayan, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq mütləq əksəriyyətin istinad nöqtəsinə çevrildi. Yarandığı gündən etibarən keçmişə ehtiramını fəaliyyəti ilə nümayiş etdirən YAP fövqəlxidmətləri ilə təkcə dünənin, bugünün deyil, hər günümüzün partiyası olmağı bacardı.
Ulu öndər Heydər Əliyevdən bizə miras qalan Yeni Azərbaycan Partiyası xalqımızın mənəvi sərvətidir.

Hüseynova Nərgiz
YAP Laçın rayon təşkilatı 49 saylı ƏPT-nin sədri
Laçın rayon 12 nömrəli məktəbin direktoru



Seçilən
24
aia.az

1Mənbələr