AZ

Bu gün üçün Azərbaycanda ən yaxşı qolçu - VİDEO

“Araz Naxçıvan”ın hücumçusu Felipe Santos bu mövsüm Premyer Liqada 7-ci qolunu vurub.

Sportinfo.az xəbər verir ki, braziliyalı 14-cü turun “Kəpəz”ə qarşı səfərdə keçirilən açılış oyununda fərqlənib.

27 yaşlı "sambaçı" 25-ci dəqiqədə rəqib qapısına yol tapıb. “Araz Naxçıvan” 2:0 hesabı ilə qələbə qazanıb. Digər qolu rəqib qapısından Bernardo Dias (86-cı dəq.) keçirib.

Felipe Santos bugünkü matçda qol vurmaqla yanaşı,Premyer Liqanın bombardirlər siyahında vahid liderliyi də ələ alıb.

Hazırda siyahıda ikinci-üçüncü yerləri isə “Sabah”ın futbolçuları Cessi Sekidika (6 qol) və Coy-Lens Mikels (5 qol) tuturlar.

Seçilən
26
sportinfo.az

1Mənbələr