AZ

Bakıda əcnəbi qonağı aldatmaq istəyən taksi sürücüsü SAXLANILDI – FOTO

COP29-da iştirak etmək üçün Azərbaycana gələn burundili qonağa şişirdilmiş qiymət təqdim edən taksi sürücüsü saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “caliber.az” məlumat yayıb.

“Azərbaycanın Daxili İşlər Nazirliyi Burundidən (Afrika) ölkəmizə gələn qonağın şikayətinə operativ reaksiya verib. Belə ki, taksi sürücülərindən biri Afrika təmsilçisinə Bakı Beynəlxalq Hava Limanından paytaxtın mərkəzinə gediş üçün 139 manat real olmayan qiymət deyib. Qız Azərbaycan polisi ilə əlaqə saxlayıb və cəmi iki saat ərzində taksi sürücüsü saxlanılıb və şişirdilmiş gediş haqqı Afrikadan gələn qonağa qaytarılıb. Faktla bağlı araşdırma aparılır”, - deyə məlumatda bildirilib.



Bizim.Media

Seçilən
8
bizim.media

1Mənbələr