AZ

İngiltərə nəhəngi A Seriyasının ulduzuna elçi düşdü

"Mançester Yunayted" heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır. 

Fanat.Az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayır.

Xəbərə görə, "qırmızı şeytanlar" "Atalanta"nın nigeriyalı hücumçusu Ademola Lukmana göz dikiblər. 

Eyni zamanda bildirilib ki, bu keçidin qış transfer pəncərəsi zamanı reallaşması ehtimalı azdır. İtalyanlar futbolçusu ilə müqavilənin müddətini uzatmaq üçün danışıq aparırlar. “Atalanta” yalnız yayda nigeriyalının transferi ilə bağlı danışıqlara hazır olacaq.

Berqamo klubu lideri üçün ən azı 70 milyon avro qazanmaq istəyir. "Mançester Yunayted"in rəhbərliyi qiymətin uyğun olduğunu düşünür. 

Futbolçu üçün "Real Madrid" və PSJ də mübarizə aparır.

Mirağa
 

Seçilən
9
fanat.az

1Mənbələr