AZ

Pakistan nümayəndə heyəti BDU-da olub

Pakistan İslam Respublikasının Baş nazirinin gənclər proqramı üzrə nümayəndəsi Fahad Şahbaz və Lahor Universitetinin xüsusi layihələr və əməliyyatlar direktoru Abuzər Qaffari Bakı Dövlət Universitetində (BDU) olub.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, BDU rektoru Elçin Babayev qonaqlara Universitetin tarixi və fəaliyyəti barədə məlumat verib. O bildirib ki, 105 illik tarixə malik BDU Azərbaycanın ən böyük və qədim universitetidir. BDU-nun 16 fakültəsi, bir kolleci, bir liseyi, Qazax filialı fəaliyyət göstərir. Təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan BDU-da elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir.

Lahor Universitetinin xüsusi layihələr və əməliyyatlar direktoru Abuzər Qaffari müəllim-tələbə mübadiləsi üzrə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Qeyd edib ki, əsası 1999-cü ildə qoyulan Lahor Universiteti QS dünya universitetlərinin reytinqində 951-1000, “Times Higher Education”  reytinqində isə 801-1000-ci pillədə qərarlaşıb. Universitetin 11 fakültəsində 35 mindən artıq tələbə təhsil alır. Universitetdə 5 elmi-tədqiqat mərkəzi və 3 texnopark fəaliyyət göstərir.

Görüşdə tərəflər arasında mümkün əməkdaşlığın detalları müzakirə edilib.

Seçilən
32
4
tehsil.biz

5Mənbələr