AZ

Almaniya bankları UnionPay kartlarına xidmət göstərməyi dayandırıb

Almaniya bankları Qazprombank tərəfindən buraxılan UnionPay kartlarına xidmət göstərməyi dayandırıb.

TASS xəbər verir ki, Sparkasse bankomatından nağd pul çıxarmaq istəyərkən “Bu funksiya hazırda əlçatan deyil” bildirişi görünür. Noyabrın 22-də səhər saatlarında funksiya mövcud idi.

Deutsche Bank da xidməti dayandırıb.

Bundan əvvəl Türkiyə bankları da Qazprombank tərəfindən buraxılan UnionPay kartlarına xidmət göstərməyi dayandırıb.

DOĞRU.AZ

Seçilən
20
dogru.az

1Mənbələr