AZ

“Bir sözümlə gündəmi zəbt edə bilərəm”

Mən özümü şou-biznesdə görmürəm. Müğənni, aparıcı deyiləm. Mediatikəm, bunu danmıram. İllərlə görünməsəm, hansısa hərəkətim və sözümlə gündəmi zəbt edə bilərəm”.

News24.az xəbər verir ki, bu sözləri jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan “Pərvizə görə” layihəsində aktrisa Pərvin Abıyeva deyib. 

O, şou-biznesdən söz açıb:

“Bəlkə də şou-biznesdə yeganə insanlardanam ki, mən dəyişməmişəm. Bütün ətrafım deyir ki, kaş, dəyişərdin, sadə olmazdın. İnsanlar var ki, min yaxşılıq et, bir dəfə yaxşılıq etmə, onun üçün pis olursan. Məndə əksinədir. İnsanın bütün pisliklərini bir yaxşılığı yuya bilər”.


Seçilən
24
news24.az

1Mənbələr