AZ

Annalena Berbok bir budaqda oturub, min budağı silkələyir

Yaxud “Frau Skandal” ləqəbli Almaniyanın xarici işlər naziri deyəsən, ünvanı səhv salıb… 

COP29-un uğurla başa çatması Almaniyanın xarici içlər naziri Annalena Berboku, eləcə də çoxdan fatihəsi verilən və siyasi meyitə çevrilən AXCP sədri Əli Kərimlini və onun qaragüruhunu əməlli-başlı məyus etdi. Onların Azərbaycana qarşı apardıqları “qara piar” kampaniyası iflasa uğradı. Bu danılmaz və inkarolunmaz faktdır.

İş orasındadır ki, AXCP sədri Əli Kərimli və antimilli dəstəsi bu çirkin kampaniyada məqsədli şəkildə yaradılmış süni bir layihə olan “ekoaktivist” Qreta Tunberq, eləcə də COP29 sammiti çərçivəsində Bakıya səfəri zamanı qlobal emissiyaların azaldılması və iqlim dəyişikliyi ilə mübarizə üçün davamlı strategiyalar barədə danışmaq əvəzinə bu beynəlxalq tədbirdə Azərbaycanı əsassız tənqid etməyə cəhd edən Almaniyanın xarici işlər naziri, “Frau Skandal” ləqəbi ilə tanınan Annalena Berbokdan heç də geridə qalmadı.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası- COP29 mükəmməl sonluqla başa çatdı. Erməni lobbisinin, Qərbdəki bəzi anti-Azərbarycan dairələrin bütün cəhdləri fiaskoya uğradı. Ölkəmizə qarşı məkrli niyyətlərini hər fürsətdə büruzə verən qüvvələrin bütün təxribatçı cəhdlərinə, boykot çağırışlarına rəğmən Azərbaycanın ən yüksək səviyyədə, mükəmməlcəsinə, ləyaqətlə təşkil etdiyi, 192 ölkədən olan 70 min iştirakçının, 80 dövlətdən prezidentlərin, vitse-prezidentlərin, Baş nazirlərin təmsilçiliyi ilə baş tutan COP29 tarixin səhifələrində qlobal iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan modeli kimi qalacaq. Çünki ölkəmizin ən yüksək səviyyədə ev sahibliyi etdiyi, 3 mindən çox xarci media nümayəndəsinin dünyanın ən nüfuzlu mətbuat orqanlarında işıqlandırdığı COP29 iqlim dəyişikliyi ilə bağlı yeni yanaşmaların yaranmasına, müxtəlif maraqlı tərəflər arasında hərtərəfli əməkdaşlığa daha böyük imkanlar yaratdı.

Şübhəsiz, bütün bunlar xaricdəki bədxahlarımızı və ölkəmizdəki antimilli ünsürləri çox ciddi narahat edir. Əslində erməni lobbisinin çirkli pulları ilə özlərinə lüks həyat şəraiti yaradan bəzi qərbli məmurların, parlamentarilərin, bloqgerlərin ölkəmizə qarşı çirkin “qara piar” kampaniyası aparmaları ermənipərəst dairələrin Vətən müharibəsindəki tarixi Qələbə ilə ərazi bütövlüyünü, daha sonra lokal antiterror tədbirləri ilə suverenliyini bərpa edən Azərbaycanın ətrafında qurmaq istədikləri məkrli oyunların tərkib hissəsindən başqa bir şey deyil. Avantürist xarakterinə yaxşı bələd olduğumuz AXCP sədri Əli Kərimlinin bu anti-Azərbaycan kampaniayada ermənilərin çirkli pulu ilə yallanan, bir müddət əvvəl ABŞ xristianlarını COP29-u boykot etməyə, hətta bu tədbirin keçiriləcəyi yerin dəyişdirilməsini tələb etməyə çağıran üzdəniraq amerikalı pastor, “Well Versed Word”ün yaradıcısı Cim Qarlou kimilərlə eyni ritorikadan istifadə etməsi həddindən artıq iyrənc və ikarhdoğurucudur.  AXCP sədrinin COP29 müzakirələrində gərginlik yaradan, Bakıda mətbuat konfransı keçirib “insan haqlarından” danışan, öz ölkəsinin-Almaniyanın iqlim dəyişmələri ilə bağlı planlarından, öhdəliklərindən danışmaq əvəzinə ölkəmizdəki söz, mətbuat, sərbəst toplaşmaq azadlıqları ilə bağlı danışdıqlarını tələsik erməni mediasına ötürən, ən əsası isə COP29-un keçirildiyi Bakıya gəlməzdən əvvəl Ermənistana səfər edən Annalena Berbokdan da irəliyə getməsi bir çox incə mətləbləri aydınlığa çıxarır.

Təbii ki, anti-Azərbaycan dairələrin korporativ maraqlar, şəxsi ambisiyalar, hakimiyyət naminə vicdanını, milli qürur və heysiyyatını, Vətən təəssübünü anti-Azərbaycan dairələrin beş-on quruşuna satan Ə.Kərimli, Annalena Berbok, pastor Cim Qarlou kimilərdən ölkəmizin əleyhinə istifadə etmələri heç bir nəticə vermədi. COP29 uğurla başa çatdı, qarşıya qoyulan məqsədlərə nail olundu. Bütün dünya bir daha Azərbaycanın planetimizi qorumaq məsələlərinə böyük töhfələr verdiyinə şahidlik etdi.

Zahid Rza, “İki sahil”

Seçilən
20
ikisahil.az

1Mənbələr