AZ

Bakıda avtomobil piyadanı vurdu

Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, avtomobil yolu keçən 2000-ci il təvəllüdlü Qəhrəmanov Əli Vidadi oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report
Seçilən
26
11
teleqraf.com

10Mənbələr