Perunun şimalında yerləşən San Martin bölgəsində avtobusun minik avtomobili ilə toqquşması nəticəsində 7 nəfər həlak olub, 30-dan çox insan yaralanıb.
Day.Az-ın məlumatına görə, yerli KİV-lər bu barədə ölkənin Daxili İşlər Nazirliyinə istinad edərək xəbər verib.
Hadisə, avtobusun Moyobamba əyalətindəki Fernando Belaunde Terri şossesinin "El Triunfo" adlanan təhlükəli döngəsində minik avtomobili ilə toqquşması nəticəsində baş verib. Bu zaman sürücü nəzarəti itirərək avtomobili yoldan çıxarıb və aşıb.
Yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilir.
KİV-in məlumatına görə, Piura bölgəsini tərk edən avtobusda 58 sərnişin olub, onlardan 23-ü məktəbli uşaqlardır.
Ölkənin təhsil naziri Morqan Kero başsağlığı verərək, hökumətə dəstək vəd edib.