Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" Türkiyə 1-ci Liqasında növbəti oyununu keçirib.
“Football-plus.az” xəbər verir ki, təmsilçimizin komandası "Kocaelispor"la qarşılaşıb.
Liderlə görüşdə "Bandırmaspor" qələbəni son dəqiqədə əldən verib. Coşqunun 77 dəqiqə meydanda olduğu qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Meydan sahibləri 90+3-cü dəqiqədə məğlubiyyətdən qaça biliblər. İtirilən iki xal Diniyevin komandasını 1-ci pilləyə yüksəlmək imkanı verməyib.
Qeyd edək ki, "Bandırmaspor" 25 xal toplayıb. Lider "Kocaelispor"un hesabında 26 xal var.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta