AZ

“ABŞ və Yaponiya Tayvan bölgəsində əməliyyatlar planı hazırlayır” – KİV

ABŞ və Yaponiyanın silahlı qüvvələri dekabr ayı ərzində Tayvanda hərbi böhran baş verəcəyi təqdirdə birgə əməliyyatların ilk planını hazırlamaq niyyətindədir.

“Report”un məlumatına görə, bu barədə Kyodo agentliyi mənbələrə istinadən xəbər verir.

Qeyd olunub ki, xüsusilə Filippində və bu zonaya bitişik cənub-qərb Yapon adalarında Amerika raket qüvvələri və xüsusi istehkamların yerləşdirilməsi təmin ediləcək. Eyni zamanda Tayvan yaxınlığında böhran baş verərsə, bütün bu geniş ərazi hərbi əməliyyatlar teatrına çevriləcək.

Yaponiyanın Kaqosima prefekturası ilə Okinava prefekturasının həddindən artıq cənub-qərbi arasındakı adalarda “HIMARS” raket sistemləri ilə təchiz edilən ABŞ Dəniz Piyadaları Korpusunun sahil alayının ayrı-ayrı bölmələri yerləşdiriləcək. Yaponiya onlara sursat və yanacaq verməklə maddi-texniki dəstək verəcək.

Filippinin şimalında paralel olaraq Amerika raket bölmələri, kosmik rabitə və rəhbərlik, kiber və elektron müharibə qrupları yerləşdiriləcək. Aprel ayından etibarən orada “Typhon” yerüstü mobil qurğuları yerləşdirilib. Bu qurğular vasitəsilə uzun mənzilli “Tomahawk” qanadlı raketləri və “SM-6” çoxfunksiyalı raketlər buraxıla bilər. Raketlər quru və hava, o cümlədən ballistik hədəfləri məhv etmək üçün istifadə edilə bilər.

Seçilən
86
6
7times.az

10Mənbələr