AZ

İsrail Livanda atəşkəsə şərti olaraq razılıq verib

İsrail Livanda atəşkəsə şərti olaraq razılıq verib və ABŞ-la birgə təklifin əsas prinsiplərini təsdiqləyib. Bu barədə Haaretz və Ynet xəbər verir.

Atəşkəsdən sonra Hizbullah Litani çayının şimalındakı qüvvələrini geri çəkəcək. Atəşkəs rejiminə nəzarət ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq quruma həvalə olunacaq.

Noyabrın 14-də ABŞ-ın Livandakı səfiri Liza Conson atəşkəs sazişi layihəsini ölkə hökumətinə təhvil verib. Layihə İsrail və ABŞ tərəfindən hazırlanmışdır.

Müqavilə, xüsusilə, 60 günlük hərbi əməliyyatların dayandırılmasını və uzunmüddətli atəşkəsin təmin edilməsini nəzərdə tutur. Hizbullah Livanın cənubundan qoşunlarını çıxarmalıdır. Eynii zamanda, sentyabr ayından ölkənin cənubunda fəaliyyət göstərən İsrail Müdafiə Qüvvələri iki ölkə sərhədinə qədər geri çəkilməlidir.

Noyabrın 19-da Livan hakimiyyəti və Hizbullah nümayəndələri atəşkəs razılaşmasını dəstəkləyib.

Oxuməni.az

Seçilən
33
50
oxumeni.az

10Mənbələr